Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb.


 


Belə ki, hərəkətdə olan “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.


 


 


Qəza zamanı 1985-ci il təvəllüdlü Azad İsmayılov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. 


 


Faktla bağlı araşdırma aparılır./qafqazinfo