Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi “VAZ 2107” ilə 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.


 


Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib.


 


Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış.


 


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qafqazinfo.az