Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Eurovision 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başa çatıb.


 


Sfera.az xəbər verir ki, münsiflər heyəti və tamaşaçı səsverməsinin nəticələrinə əsasən Bolqarıstan, Albaniya, Danimarka, Norveç, Kipr, Çexiya, Ukrayna, Malta, Avstraliya və Rumıniya təmsilçiləri final mərhələsinə vəsiqə qazanıblar. Azərbaycan, Lüksemburq, İsveçrə, Latviya və Ermənistan isə finala yüksələ bilməyərək yarışmanı yarımfinal mərhələsində başa vurublar.




Qeyd edək ki, Azərbaycanı müsabiqədə JİVA “Just Go” mahnısı ilə təmsil edib.




“Eurovision 2026”nın final mərhələsi mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da "Wiener Stadthalle" arenasında keçiriləcək.




Niyaz Hacıyev 

Sfera.az