Elmi araşdırmalar göstərir ki, nanə qoxusu iştahaya təsir edə bilər. Tədqiqat nəticələrinə görə, iki həftə ərzində hər iki saatdan bir nanə qoxusuna məruz qalan şəxslər gün ərzində daha az kalori qəbul ediblər.




Sfera.az xəbər verir ki, qoxu hissi insan davranışına, əhval-ruhiyyə, stress və iştaha kimi sahələrə mühüm təsir göstərir. Xüsusilə nanə qoxusunun təravətləndirici effekti iştahanın tənzimlənməsində faydalı ola bilər.




Araşdırma iki mərhələdə aparılıb. Birinci mərhələdə iştirakçılar müəyyən aralıqlarla nanə qoxusunu qəbul ediblər, ikinci mərhələdə isə qoxu tətbiq edilməyib. Hər iki mərhələdə iştirakçılar aclıq səviyyələrini qiymətləndirib və yedikləri qidaları qeyd ediblər.




Nəticələr göstərib ki, nanə qoxusunu qəbul edən şəxslər gündəlik kalori, şəkər və yağ qəbulunu əhəmiyyətli dərəcədə azaldıblar, həmçinin aclıq hisslərinin daha az olduğunu qeyd ediblər.


Mənsumə

Sfera.az