Məşhur aktrisa Serenay Sarıkaya Türkiyəni tərk edərək İtaliyanın Sardiniya adasında yeni həyat qurmağa qərar verib.


 


Sfera.az xəbər verir ki, Sarıkaya Sardiniyada həm daha dinc və sakit bir həyat sürməyi, həm də yeni layihələr üzərində işləməyi planlaşdırır.


 


Məlumata görə, aktrisa ilin böyük hissəsini bu sakit və romantik adada keçirəcək.


 


Qeyd edək ki, 33 yaşlı Sarıkaya son illərdə bir çox rəqəmsal layihələrdə rol alıb. Son olaraq, “Kimlər Gəldi Kimlər Geçdi” serialında Leyla Taylan obrazını canlandırıb. O, həmçinin Ayşe Barım istintaqı zamanı ictimaiyyətin diqqətini çəkib və hökumətyönlü mətbuatın çirkin iddialarına məruz qalıb.


 


Onun Ece Yörenç ilə əməkdaşlığı isə beynəlxalq miqyasda yeni layihələr reallaşdırmaq imkanını artırır.


 


Şəxsi həyatı ilə də gündəmdə olan aktrisa 2023-cü ilin sonunda müğənni Mert Demir ilə romantik münasibətə başlayıb. İki ildir birlikdə olan cütlüyün Sarıkayanın Türkiyədən köçmə qərarına təsir edib-etmədiyi və ya birlikdə Sardiniyaya gedəcəkləri hələlik məlum deyil.


 


Serenay Sarıkayanın bu radikal qərarı sosial mediada geniş müzakirələrə səbəb olub. Görünür, bu addım həm karyerasında, həm də şəxsi həyatında yeni bir mərhələnin başladığını göstərir.


 







 


Mənsumə


Sfera.az