Türkiyənin “Fənərbağça” klubunda prezident seçkisi öncəsi transfer xəbərləri gündəmdə qalmaqda davam edir.
Sfera.az xəbər verir ki, Aziz Yıldırım və Hakan Safinin ön plana çıxdığı seçki yarışından sonra transfer çalışmalarının sürətlənəcəyi gözlənilir.
İtaliya mətbuatında yayılan məlumata görə, “sarı-lacivərtlilər” Olympiakos “Olimpiakos” klubunun gənc qapıçısı Konstantinos Tzolakis ilə maraqlanır.
“Europa Calcio”nun xəbərinə əsasən, “Fənərbağça” 23 yaşlı qolkiper üçün “Olimpiakos”la ilkin danışıqlara başlayıb. Klubun futbolçu üçün təxminən 15 milyon avro təklif etməyə hazırlaşdığı bildirilir.
Məlumata görə, ötən yay böyük ümidlərlə transfer olunan Ederson Ederson ilə mövsümün sonunda yollar ayrıla bilər.
Tsolakis bu mövsüm “Olimpiakos” forması ilə 42 oyunda meydana çıxıb və 23 matçda qapısını toxunulmaz saxlayıb. Gənc qapıçının hazırkı bazar dəyəri də 15 milyon avro qiymətləndirilir.
Niyaz Hacıyev
Sfera.az