Yaponiyanın şimal-şərqində yerləşən Ofunato şəhəri yaxınlığında 6.7 maqnitudalı güclü zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı Ofunato şəhərindən 8 kilometr cənub-şərqdə, 62.9 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, dağıntı və insan tələfatı qeydə alınmayıb.
Bəsti Rəfizadə
Sfera.az