Münasibətlərdə sevgi qədər davranışlar da böyük rol oynayır. Bəzən kişilərin adi hesab etdiyi hərəkətlər qadınlarda ciddi narazılıq və əsəb yarada bilir. Münasibətlərdə təkrarlanan bəzi davranışlar zamanla emosional uzaqlaşmaya səbəb olur. 




Bəs, qadınları ən çox hansı kişi davranışları əsəbiləşdirir?




Sfera.az xəbər verir ki, qadınların ən çox şikayət etdiyi məqamlardan biri qarşı tərəfin onları diqqətlə dinləməməsidir. Telefona baxaraq söhbət etmək, danışılanları unutmaq və ya mövzunu dəyişmək qadınlarda dəyərsiz hissi yaradır.




“Gələrəm”, “edərəm”, “unutmaram” deyib sözünü yerinə yetirməyən kişilər münasibətdə etibar probleminə səbəb olur. Kiçik görünən bu məsələ zamanla böyük narazılıqlara çevrilir.




Xüsusi günləri unutmaq, qadının hisslərinə qarşı maraqsız olmaq və ya problemlərinə “şişirtmə” kimi yanaşmaq qadınları ən çox incidən davranışlardan sayılır.

Mütəxəssislər bildiriblər ki, münasibətlərdə ən böyük problemlərdən biri “rəqəmsal laqeydlik”dir. Birlikdə vaxt keçirərkən davamlı sosial şəbəkədə olmaq qadınlarda diqqətsizlik hissi yaradır. Həddindən artıq nəzarət etmək, hər addımı sorğulamaq və şəxsi sərhədləri pozmaq bir çox qadın tərəfindən yorucu və boğucu davranış kimi qiymətləndirilib. 




Psixoloqların sözlərinə görə, qadınlar münasibətdə özlərini ikinci planda hiss etdikdə emosional gərginlik artır. Xüsusilə şəxsi məsələlərin ailəyə danışılması qadınları ciddi şəkildə narahat edir.




Səhv etdiyi halda məsuliyyəti qəbul etməmək və hər dəfə özünü haqlı çıxarmağa çalışmaq münasibətlərdə ən təhlükəli davranışlardan hesab olunur.

Mütəxəssislər vurğulayıb ki, münasibətlərdə əsas məsələ ideal olmaq deyil, qarşı tərəfin hisslərini anlamağa çalışmaqdır. Kiçik görünən davranışlar belə münasibətin gələcəyinə ciddi təsir göstərə bilər.




Bəsti Rəfizadə

Sfera.az