Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhər İdarəsinə yeni rəis təyin olunub.


 


Sfera.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.


 


Əmrə əsasən, polkovnik-leytenant Ceyhun Əsədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər İdarəsinin rəisi vəzifəsinə gətirilib. 


 


Qeyd edək ki, Ceyhun Əsədov bundan əvvəl SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.(qafqazinfo.az)