ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranı kapitulyasiyaya məcbur edə biləcəyinə inandığını bildirib.


 


Sfera.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.


 


Jurnalistin İranın kapitulyasiyasının mümkün olub-olmaması ilə bağlı sualını cavablandıran ABŞ lideri bu məsələdə şübhəsinin olmadığını deyib.


 


“Bəli, buna heç bir şübhəm yoxdur”, - deyə Tramp bildirib.