İsmayıllı rayonu ərazisində uçqun hadisəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Hadisə zamanı Lahıc istiqamətindəki dağ yolunda iri qaya parçaları yola tökülüb. Yamacdan qopan böyük daşlar yolun hərəkət hissəsinə düşüb.