Aktyor Elcan Rəsulovun səhhətində problem yaranıb.


 


Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.


 


Aktyor danışmaqda çətinlik çəkdiyini deyib:


 


"Bu nə virus, nə xəstəlikdirsə, mənim üçün də yenilikdir. Ənənəvi müalicə üsullarımız effekt vermir. Danışa bilmirəm deyə heç kimə cavab vermirəm, üzrlü sayın. "Sənə nə olub?" suallarına isə cavabım budur ki, xəstələnmişəm. "Kəlmə-kəlməyə" yarışının finalıdır. Ən çox ona görə narahatam".//azxeber.com