FIFA-nın baş katibi Mattias Qrafström İran Futbol Federasiyasının rəhbərliyi ilə ölkənin 2026-cı il dünya çempionatında iştirakı məsələsini müzakirə edəcək. Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.




Məlumata əsasən, görüşün İstanbulda keçirilməsi planlaşdırılır. Bildirilir ki, Qrafström İran tərəfinə komandanın turnirdə iştirakı ilə bağlı müəyyən “zəmanətlər” təqdim edə bilər.


Niyaz Hacıyev 

Sfera.az