Rusiyanın “Eurovision” Mahnı Müsabiqəsində iştirakına yenidən icazə verilə bilər. Sfera.az xəbər verir ki, bu barədə müsabiqənin direktoru Martin Green Britaniyanın LBC radiostansiyasına müsahibəsində danışıb.




Sfera.az xəbər verir ki, Rusiyanın yarışmaya mümkün qayıdışı ilə bağlı suala cavab verən Qrin “Nəzəri olaraq, bəli” ifadəsini işlədib.




Xatırladaq ki, 25 fevral 2022-ci ildə Avropa Yayım Birliyi Ukraynadakı hadisələrə görə Rusiyanın “Eurovision”da iştirak etməyəcəyini açıqlamışdı. Bundan bir gün sonra isə Rusiyanın VGTRK, Birinci Kanal və Ostankino Radiosu AYB-dən çıxdıqlarını elan etmişdilər.




Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 1956-cı ildən etibarən AYB-yə üzv ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsidir. Hazırda təşkilata əsasən Avropa ölkələri olmaqla 50-dən çox ölkədən 110-dan artıq media qurumu daxildir.


Niyaz Hacıyev 

Sfera.az