Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 08:05-də şəhərin F.Həşimov küçəsində qeydə alınıb.


 


"KIA Forte" markalı, 77-FY-228 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan 1994-cü il təvəllüdlü Fikrət Fikrət oğlu Yunis yolu keçmək istəyən piyada 1961-ci il təvəllüdlü Xəqani Müzəffər oğlu Məmmədovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.


 


Faktla bağlı araşdırma aparılır.