Qurban bayramı ərəfəsində pensiya və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib. Bayram günlərinin ödəniş tarixləri ilə üst-üstə düşməsi vətəndaşlar arasında müəyyən suallar yaratsa da, rəsmi açıqlama gözləntiləri yekunlaşdırıb.

 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sfera.az-a verilən məlumata görə, mayın 27 və 28-nə təsadüf edən bayram günləri ilə əlaqədar ödəniş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmur.





Qurum rəsmiləri bildirir ki, ölkə üzrə pensiya, müavinət və təqaüdlərin paylanması prosesi onsuz da hər ayın 27-si tarixinədək tam başa çatdırılır.