WUF13-də Azərbaycanın 79 şəhərinin hər biri barədə məlumat veriləvək, o cümlədən, onların Baş planları təqdim ediləcək.

 


Sfera.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

 


Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bu təcrübələrini dünya ölkələri ilə bölüşəcək:

 


"Qarabağda və Şərqi Zəngəzurda görülən işlər, əhalinin təhlükəsiz şəkildə doğma yurduna qayıtması dünya üçün maraqlı təcrübədir". (Report.az)