Keçmiş UFC çempionu Konor Makqreqor yenidən döyüşə qayıdır.

 


Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə UFC-nin rəhbəri Dana Uayt instaqram hesabında paylaşım edib.

 


Məlumata görə, o, iyulun 11-də Las-Veqasda keçiriləcək UFC 329 turnirində amerikalı döyüşçü Maks Hollouey ilə qarşılaşacaq.

 


Döyüş Las-Veqasdakı T-Mobile Arenada keçiriləcək.


 


Bu, onların ikinci döyüşü olacaq.



Qeyd edək ki, onlar ilk dəfə 2013-cü ildə qarşılaşıblar və həmin vaxt Makqreqor qalib gəlib.