Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.


 


Sfera.az xəbər verir ki, qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmi şəxslər qarşılayıblar.


 


O, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə paytaxtdadır.