Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İran tərəfindən buraxıldığı bildirilən üç hücum PUA-sını ələ keçirib.


 


Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.


 


“Səudiyyə Ərəbistanının hava məkanına daxil olduqdan sonra üç PUA ələ keçirilərək məhv edilib”, - açıqlamada deyilir.


 


Nazirliyin sözçüsü general-mayor Turki Al-Malikinin bildirdiyinə görə, PUA-ların İraq ərazisindən buraxıldığı ehtimal olunur.


 


O əlavə edib ki, Səudiyyə Ərəbistanı “uyğun vaxtda və yerdə cavab vermək hüququnu özündə saxlayır” və ölkənin suverenliyi və təhlükəsizliyinə qarşı cəhdlərin qarşısını almaq üçün bütün zəruri tədbirləri görəcək.