Ötən gün “Eurovision”un finalında Bolqarıstan təmsilçisi DARA “Bangaranga” mahnısı ilə qalib gəlib.
Sfera.az xəbər verir ki, bu qələbə sayəsində gələn il keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi Bolqarıstana verilib.
Məlumata görə, 71-ci Eurovision mahnı müsabiqəsinin keçirilməsi üçün əsas namizəd şəhərlər arasında paytaxt Sofiya və Burqas yer alır.
Final mərhələsində Bolqarıstan təmsilçisi DARA Vyana səhnəsində “Bangaranga” söyləyərək, həm münsiflər heyətindən, həm də tamaşaçı səsverməsindən yüksək xal toplayaraq ümumilikdə 516 xalla birinci olub. Ev sahibliyi ilə bağlı rəsmi qərarın yaxın aylarda açıqlanacağı gözlənilir.
Niyaz Hacıyev
Sfera.az