2011-ci ildə vəfat edən keçmiş həmkarı Defne Joy Foster ilə son görüşü haqqında illər sonra ilk dəfə danışan İnci Türkay, “Katarsis” verilişində yaşadıqları gecəni unutmadığını bildirib.
Sfera.az xəbər verir ki, Türkay, “Sihirli Annem” serialındakı həmkarı ilə bir müddət küsülü olduqlarını, sonradan isə barışdıqlarını deyib.
O, aralarında yaşanan mübahisənin səbəbinin Fosterin astma xəstəliyi olduğunu açıqlayıb:
“Onun astması var idi. Mən çəkiliş meydançasına itimi gətirdiyim üçün aramızda mübahisə yarandı”, – deyə aktrisa bildirib.
İnci Türkay qeyd edib ki, Defne Joy Foster ölümündən bir neçə saat əvvəl onun yanına gəlib və birlikdə Beyoğluna getməyi təklif edib:
“O gün yanıma gəldi. Dedi ki, bu gecə Beyoğluna gedək. Mən özümü xəstə hiss edirdim, o isə çox yorğun görünürdü. Ona getmə, qal dedim. Çox yalvardım, amma məni dinləmədi”.
Məşhur aktrisa Fosterin ölüm xəbərini səhər tezdən aldığını və həmin hadisədən sonra uzun müddət özünü günahkar hiss etdiyini bildirib:
“Səhər tezdən öldüyünü öyrəndim. Öz-özümə düşünürdüm ki, kaş onu tək buraxmasaydım. Bəlkə də ölümünün qarşısını ala bilərdim. Günlərlə otaqda divara baxaraq oturdum”, – deyə Türkay emosional anlar yaşayıb.
Mənsumə
Sfera.az