Lionel Messin komandasının növbəti qələbəsində əsas pay sahibi olub.
Sfera.az xəbər verir ki, ABŞ çempionatında “İnter Mayami”nin doğma meydanda keçirdiyi qarşılaşma 2:0 hesabı ilə başa çatıb.
Komandanın qollarını 31-ci dəqiqədə Messi, 42-ci dəqiqədə isə German Berterame vurub. Argentinalı hücumçu matçda həm də məhsuldar ötürmə ilə yadda qalıb.
Səkkizqat “Qızıl top” mükafatı laureatı olan Messi bununla da MLS-də qol seriyasını dörd oyuna çatdırıb. Təcrübəli futbolçu cari mövsümdə vurduğu 12 qolla bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. O, həmçinin 13 oyunda 5 məhsuldar ötürmə edib.
Hazırda “İnter Mayami” 14 oyundan topladığı 28 xalla MLS-in Şərq Konfransında ikinci yerdədir. “Portland” isə 13 oyundan 14 xalla Qərb Konfransında 12-ci pillədə qərarlaşıb.
“İnter Mayami” növbəti matçını mayın 25-də komandasına qarşı keçirəcək. “Portland” isə bundan bir gün əvvəl öz meydanında “San Jose” ilə üz-üzə gələcək.
Niyaz Hacıyev
Sfera.az