Burkina Faso nümayəndəsi Oumaru Diss “Urban Expo”nun yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Sfera.az xəbər verir ki, o qeyd edib ki, sərgidə dünyanın müxtəlif ölkələrindən nümayəndələr, innovativ layihələr və dayanıqlı şəhərsalma ilə bağlı fərqli yanaşmalar bir araya gəlib.
Onun sözlərinə görə, tədbir şəhərlərin gələcəyi ilə bağlı müasir baxışları nümayiş etdirməklə yanaşı, iştirakçılar arasında təcrübə və bilik mübadiləsi üçün də vacib platformadır.
Oumaru Diss vurğulayıb ki, müxtəlif ölkələrin təqdim etdiyi layihələr urbanizasiya prosesinə yeni yanaşmalar gətirir və gələcəyin şəhərlərinin formalaşmasına dair maraqlı ideyalar ortaya qoyur.
Nümayəndə Azərbaycanın belə nüfuzlu və qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirib:
“Bu cür beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi xüsusi önəm daşıyır. Tədbirin peşəkar şəkildə təşkili göstərir ki, Azərbaycan artıq böyük beynəlxalq platformaların təşkilində zəngin təcrübəyə malikdir. Eyni zamanda bu, ölkənin dayanıqlı inkişaf, şəhərsalma və beynəlxalq əməkdaşlıq sahəsində artan rolunu nümayiş etdirir”, - o əlavə edib.
Firuzə Əliyeva
Sfera.az