ABŞ-də fəaliyyət göstərən “Global Guardian” qəzetinin araşdırmasına görə, 2026-cı ilin ən təhlükəli ölkələri açıqlanıb. Hesabatda iqtisadi böhranlar, daxili münaqişələr və terror təhdidləri əsas meyar kimi götürülüb.
Sfera.az xəbər verir ki, qlobal sülh mühiti zəifləyir, təhlükəsizlik problemləri dərinləşir, sosial gərginlik isə artır.
Xüsusilə Yaxın Şərq, Afrika və bəzi Asiya ölkələrində vəziyyət kritik hesab olunur. Siyahının başında yer alan ölkələr həm siyasi, həm də təhlükəsizlik baxımından ən mürəkkəb vəziyyətlə üzləşiblər.
Dünyanın ən təhlükəli ölkələri arasında El Salvador, Nikaraqua, Benin, Zimbabve, Hindistan və Papua Yeni Qvineyanın adı var. Siyahıya həmçinin Qabon, Lesoto, Belarus, Mozambik, Cibuti, Banqladeş və Cənubi Afrika daxildir. Bundan əlavə, Honduras, Togo, Keniya, ABŞ, Ekvador, Braziliya, Liviya, Eritrea, Burundi, Çad və Meksika də təhlükəli ölkələr sırasındadır. Siyahını Livan, Kamerun, Efiopiya, Venesuela, Kolumbiya, Haiti, İran, Nigeriya, Pakistan, Fələstin, İraq, Şimali Koreya, Mərkəzi Afrika Respublikası, Somali, Burkina-Faso, Myanma, Mali, İsrail, Cənubi Sudan, Suriya, Əfqanıstan, Yəmən, Konqo, Sudan, Ukrayna və Rusiya tamamlayır.
Hesabata görə, bu ölkələrdə təhlükəsizlik və siyasi sabitlik məsələləri kritik səviyyədədir. Qlobal təhlükəsizlik mühitində yaranan gərginlik həm regionlarda, həm də beynəlxalq səviyyədə ciddi təsir göstərir. Dünyanın bir çox yerində insanlar hələ də sülh və sabitlik uğrunda mübarizə aparır və bu reytinq onların yaşadığı çətinliklərin göstəricisi kimi qiymətləndirilir.
Mənsumə
Sfera.az