Bu ilin ilk 4 ayında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.


 


Sfera.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir. 


 


Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.


 


Təkcə aprel ayında Azərbaycandan Ermənistana 3 milyon 889 min ABŞ dolları dəyərində məhsul ixrac edildiyi bildirilir. 


 


Xatırladaq ki, DGK-nin daha əvvəl açıqladığı məlumata görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal edib. Bu, son 35 ildə Azərbaycanın Ermənistandan ilk məhsul idxalı olub.