Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.




Sfera.az xəbər verir ki, buna səbəb mayın 13-də Ukraynadan Moldova hava məkanına daxil olan PUA ilə bağlı insident olub

 


Moldova XİN həmin pilotsuz uçuş aparatının Rusiyaya məxsus olduğunu açıqlayıb.

 


Rusiya səfirinə etiraz notası təqdim edilib.