2026-cı ildə ABŞ-də keçiriləcək FİFA Dünya Kubokunda İran milli komandasının iştirakı təsdiqlənib.


 


Sfera.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.




Onun sözlərinə görə, İran tərəfi FİFA-dan bütün idmançıların hüquqlarına hörmət ediləcəyinə dair zəmanət alıb.




“İran milli futbol komandasının Dünya Kubokunda iştirakı ilə bağlı qərar İdman və Gənclər Nazirliyi, eləcə də Futbol Federasiyasının qiymətləndirmələri əsasında qəbul olunub. İki gün əvvəl Türkiyədə İran Futbol Federasiyasının nümayəndələri ilə FİFA-nın yüksək vəzifəli rəsmiləri arasında müsbət görüş keçirilib. Bizə bildirildi ki, FİFA turnirin ev sahiblərinin təşkilatın qaydalarına əməl etməsi üçün bütün səyləri göstərəcək”, - Bəqai mətbuat konfransında bildirib.




Qeyd edək ki, mayın 17-də FİFA-nın baş katibi Mattias Qrafström də Türkiyədə FİFA və İran Futbol Federasiyası nümayəndələri arasında məhsuldar görüş keçirildiyini açıqlayıb.




O vurğulayıb ki, FİFA İran milli komandasının qarşıdan gələn Dünya Kubokunda iştirakını gözləyir.


 


Niyaz Hacıyev 

Sfera.az