Türk pop musiqisinin ən qeyri-ənənəvi qadın sənətçilərindən olan Hande Yener yenidən gündəmə gəlib. Müğənninin son görünüşü xüsusilə saç düzümü və makiyajı sosial mediada geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, dünən gecə səhnəyə çıxan Hande Yener açıq sarışın tonlarında parlayan, cəsarətli saç düzümü və qırmızı korset ilə diqqətləri üzərinə çəkib.
Konsertdəki görünüşü bir çox izləyicini heyrətləndirsə də sosial media istifadəçilərinin böyük hissəsi onu bəyənməyib.
İstifadəçilər əsasən müğənninin sarı saç düzümünün üz cizgilərinə uyğun gəlmədiyini və makiyajının uğursuz olduğunu qeyd ediblər. Bəzi şərhlərdə Hande Yenerin imici dövrümüzün Aysel Güreli ilə müqayisə olunub.
Müğənninin yeni stili, sosial media platformalarında həm tənqid, həm də maraq obyekti olmağa davam edir.
Mənsumə
Sfera.az