ABŞ administrasiyası İranla davam edən danışıqlar çərçivəsində Tehranın neft sektoruna tətbiq olunan sanksiyaların dayandırılmasına razılıq verib.
Sfera.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əvvəlki təkliflərdən fərqli olaraq, Vaşinqton yeni versiya çərçivəsində İrana qarşı neft sanksiyalarının dayandırılmasını qəbul edib. Bildirilib ki, Tehran bütün sanksiyaların tam şəkildə ləğv olunmasında israr edir.
Məlumata əsasən, ABŞ yekun razılaşma əldə edilənədək Maliyyə Nazirliyi tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılmasına hazır olduğunu bildirib.
Qeyd edək ki, İran və ABŞ arasında aparılan danışıqlar əsasən nüvə proqramı və iqtisadi məhdudiyyətlərin yumşaldılması ətrafında davam edir.
Fidan Hacızadə
Sfera.az