İran və ABŞ arasında diplomatik gərginlik fonunda regionda diqqətçəkən addım atılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İran rəhbərliyi Pakistanın vasitəçiliyi ilə Vaşinqtona 14 bənddən ibarət yeni təkliflər paketi göndərib.
Məlumata görə, sözügedən sənəddə əsas diqqət "müharibənin başa çatdırılmasına dair danışıqlar və ABŞ tərəfinin etimadı artıracaq addımları" mövzusuna yönəlib.
Qeyd edək ki, aprelin əvvəlində Pakistanın intensiv vasitəçilik missiyası sayəsində elan edilən müvəqqəti atəşkəs rejimi indiyə qədər bir neçə dəfə uzadılsa da, böhran hələ də tam həllini tapmayıb. Prosesin əvvəlindən bəri İslamabad rəsmi olaraq hər iki tərəf arasında əsas "körpü" rolunu oynayır.
Bəsti Rəfizadə
Sfera.az