“Google” məşhur video montaj tətbiqi “Adobe Premiere”in yaxın gələcəkdə “Android” platformasında istifadəyə veriləcəyini açıqlayıb. Keçən il yalnız “iPhone” istifadəçiləri üçün təqdim olunan tətbiq artıq “Android” ekosisteminə daxil olur.




Sfera.az xəbər verir ki, yeni tətbiq vasitəsilə istifadəçilər “YouTube” qısa filmləri üçün videolar hazırlaya, müxtəlif şablon və effektlərdən istifadə edərək onları birbaşa platformada yayımlaya biləcəklər.


 


“iOS”-da “AI video redaktoru” kimi tanınan və 4,8 ulduzlu reytinqə sahib tətbiq məzmun yaradıcıları üçün ciddi üstünlüklər təqdim edir.




“Google” ilkin açıqlamalarında tətbiqin bu yay istifadəyə veriləcəyini bildirsə də rəsmi məlumatda yalnız “tezliklə” ifadəsi işlədilib. “Adobe Premiere Rush”-ın dayandırılması ilə əsas tətbiqin “Android” cihazlarına çıxması video montaj bazarında boşluğu doldurması gözlənilir.


 


Mənsumə

Sfera.az