Volodimir Zelenskinin Rusiyanın Belarus üzərindən Ukrayna və ya NATO ölkələrinə mümkün hücumu ilə bağlı səsləndirdiyi fikirlərə Kremlin cavabı gecikməyib.


 


Sfera.az xəbər verir ki, Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Moskva bu cür bəyanatların ciddi şərhə ehtiyac yaratmadığını düşünür.


 


Onun sözlərinə görə, Belarus Rusiyanın müttəfiqi və İttifaq Dövlətinin tərəfdaşıdır, lakin eyni zamanda suveren dövlətdir.


 


Kreml nümayəndəsi Zelenskinin açıqlamalarını müharibənin davam etməsinə və regionda gərginliyin daha da artmasına xidmət edən addım kimi qiymətləndirib.


 


Peskov qeyd edib ki, Belarusla münasibətlər strateji müttəfiqlik xarakteri daşısa da, Minsk öz qərarlarını müstəqil şəkildə qəbul edir. Kremlin sözçüsü həmçinin vurğulayıb ki, bu tip bəyanatlar mövcud vəziyyətdə qarşıdurmanı daha da dərinləşdirə bilər.


 


Fidan Hacızadə

Sfera.az