Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) yüksək səviyyədə təşkil edib.



 


Sfera.az xəbər verir ki, bunu Irakli Kobakhidze WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində deyib.



 


“Azərbaycan Respublikasına qonaqpərvərliyə və WUF13-ün Bakıda mükəmməl təşkilinə görə təşəkkürümü bildirirəm”, – deyə Gürcüstanın baş naziri qeyd edib.

 


Kobaxidzenin sözlərinə görə, forum təhlükəsiz və inklüziv icmaların formalaşdırılması istiqamətində təcrübə mübadiləsi üçün mühüm platformadır.