Mersinin Tarsus rayonunda bir şəxsin təsadüfi silahla atəş açması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Sfera.az bildirir ki, silahlı hücum Mersinin Tarsus rayonunda Güzeloluk, Çamalan və Dörtlerin üstündə yerləşən ərazidə baş verib.
İddialara görə, bir şəxs daşıdığı silahla ərazidəki vətəndaşlara təsadüfi atəş açıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bölgədəki vətəndaşların xəbərlərindən sonra hadisə yerinə çoxsaylı tibb və jandarma qrupları göndərilib.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb və müalicə alırlar.
Bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb, hadisə ilə bağlı araşdırma başlanılıb.
Aynil