Ucarda oğul anasını traktorla vuraraq öldürüb. 


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 


 


Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub. 


 


Ağır xəsarət alan A. Abbasova həyatını itirib.


 


Faktla bağlı araşdırma aparılır.