Bəzi inanclara görə müəyyən tarixlərdə doğulan insanlar həyatlarında daha çox çətinlik və uğursuzluqlarla qarşılaşırlar. Xüsusilə numerologiya və astroloji yanaşmalarda bəzi rəqəmlər “şanssız tarix” kimi qiymətləndirilir.
Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ayın 4-ü, 13-ü, 22-si və 31-də doğulan şəxslərin həyat yolunda daha çox maneə, gecikmə və emosional çətinliklər yaşadığı iddia olunur. Numerologiyada bu tarixlər “ağır enerji daşıyan günlər” hesab edilir. Eyni zamanda ayın 7-si, 16-sı və 25-də doğulan insanların isə daha qapalı, tənha və münasibətlərdə çətinlik yaşayan insanlar olduğu deyilir.
Ən çox diqqət çəkən tarix isə 13 rəqəmidir. Dünyanın bir çox ölkəsində 13 rəqəmi uğursuz sayılır. Hətta bəzi hotellərdə və binalarda 13-cü mərtəbə belə qeyd edilmir. Astroloji inanclara görə, bu tarixdə doğulan şəxslər həyatda uğur qazanmaq üçün digərlərindən daha çox mübarizə aparmalı olurlar.
Lakin psixoloqlar və elm adamları bildirirlər ki, doğum tarixinin insanın taleyinə birbaşa təsir etdiyini sübut edən elmi fakt yoxdur. Onların sözlərinə görə, insanın özünü “şanssız” hesab etməsi psixoloji təsir yaradır və bu da qərarlarına, davranışına təsir edə bilir.
Bununla yanaşı, bəzi astroloqlar tam əksini düşünür. Onlar hesab edir ki, “şanssız” sayılan tarixlərdə doğulan insanlar güclü intuisiya, fərqli düşüncə və xüsusi enerjiyə sahib olurlar.
Fidan Hacızadə
Sfera.az