2024-cü ilin sentyabrında İtaliya Alp dağlarında təcrübəli alpinist və ortoped cərrah Nikola İvaldo itkin düşdü. Çətin dağlıq ərazi və erkən qar yağışı səbəbindən aylardır axtarış işləri uğursuzluqla nəticələnmişdi. Lakin 2025-ci ilin yayında qarın azalması və süni intellekt texnologiyası sayəsində işlərdə kritik irəliləyiş əldə edildi.




Sfera.az xəbər verir ki, pilotsuz uçuş aparatları ilə toplanan minlərlə görüntü AI proqram təminatı vasitəsilə təhlil olundu. Dağ mühitindəki kiçik rəng və tekstura fərqlərini skan edən sistem, Nikola İvaldonun yerini yalnız bir piksel fərqi ilə müəyyən etdi.




Xilasetmə qrupları, İvaldonun Monviso zirvəsinin şimal yamacında, 3150 metr yüksəklikdəki yarıqda cəsədini tapdı. Həlledici ipucu isə qırmızı dəbilqəsi oldu. Qrup vurğulayır ki, süni intellekt yalnız prosesi sürətləndirir; insan təcrübəsi və yoxlaması olmadan nəticələr yanıltıcı ola bilər.




İvaldonun tapılması həm süni intellektin gücünü göstərdi, həm də dağ mühitində kiçik detallara diqqətin həyati önəm daşıdığını sübut etdi. Əvvəllər Polşa və Şotlandiyada sınanan texnologiya, sıx bitki örtüyü və pis hava şəraitində limitlərə malikdir və etik-məhkəmə müzakirələrinə səbəb olur.




Bu tapıntı göstərir ki, hətta minlərlə fotoşəkil arasında bir piksel fərqi insan həyatını xilas edə bilər.


 


Aynil