Vətən müharibəsi şəhidi Veyis İsmayılovun atası vəfat edib.


 


Sfera.az xəbər verir ki, şəhidin atası Əflatun İsmayılov xəstəlik səbəbindən dünyasını dəyişib.


 


Qeyd edək ki, 1996-cı il təvəllüdlü V.İsmayılov 2020-ci il oktyabrın 13-ü Suqovuşan istiqamətində gedən döyüşlərdə ayağından qəlpə yarası alıb və qanitirmədən şəhid olub.


 


Onun nəşi 35 gün sonra tapılaraq noyabrın 17-si Bakıda dəfn olunub.