Bakıda 60 yaşlı kişi antibiotik iynəsinin təsirindən ölüb.

 


Sfera.az “apa.az”a istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonunda baş verib.


 


Məlumata görə, 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov yaşadığı Binəqədi qəsəbəsində səhhətində problem yarandığından ailəsi tərəfindən ona antibiotik iynəsi vurulması nəticəsində ölüb.




Faktla bağlı araşdırma aparılır.