Fransanın “Lion” və İngiltərənin “Aston Villa” komandaları Avropa Liqasının ümumi mərhələsində son turdan əvvəl 1/8 final mərhələsinə vəsiqəni təmin ediblər.


 


Sfera.az xəbər verir ki, hər iki komandanın aktivində 18 xal var. Top fərqinə görə “Lion” turnir cədvəlinə liderlik edir. Yanvarın 29-da Avropa Liqasının ümumi mərhələsinin son oyunları keçiriləcək.


 


Artıq altı komanda pley-off mərhələsinə yüksəlmək şansını itirib. Bunlar Avstriyanın “Şturm”, Şotlandiyanın “Reyncers”, Fransanın “Nitsa”, Niderlandın “Utrext”, İsveçin “Malmö” və İsrailin “Makkabi” (Təl-Əviv) klublarıdır.


 


Qeyd edək ki, Avropa Liqasının ümumi mərhələsində 36 klub iştirak edir. Komandalar səkkiz oyun keçirir – dördü evdə, dördü səfərdə. Bütün klublar vahid turnir cədvəlində yer alır. İlk səkkiz komanda birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yerləri tutan komandalar isə pley-off mərhələsində mübarizəni davam etdirir.


 


Niyaz Hacıyev


Sfera.az