Dörd mövsümdür "Show" TV-də yayımlanan “Kızılcık Şerbeti” serialında Nilay obrazı ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb.




Sfera.az türk mediasına istinadən xəbər verir ki, serialın yadda qalan personajlarından biri olan Nila obrazını canlandıran aktrisa Feyza Civelek daha əvvəl verdiyi müsahibələrdə obrazın hekayəsində ciddi dəyişiklik olacağını və Nilayın hicabdan ayrılacağını bildirmişdi. 




Serial tərəfdən daxil olan məlumata görə, Nilay yaxın bölümlərdə bəzi səhnələrdə hicabsız şəkildə tamaşaçı qarşısına çıxacaq.




Bu addım Nilay obrazının daxili transformasiyasının və hekayə xəttində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Gözlənilir ki, dəyişiklik serial izləyiciləri arasında geniş marağa səbəb olacaq.




Fidan Hacızadə

Sfera.az