Müğənni Mənzurə Musayeva "Rəngarəng" verilişində açıqlaması ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, müğənni ilk dəfə aldığı borc pulu xatırlayıb.
Sənətçi onu borc almağa vadar edən hadisədən danışıb:
"İllər öncə boşanmağa qərar verəndə maddi imkanım yox idi. Boşanma ərizəsini yazmaq üçün isə mənə 7 "şirvan" pul lazım idi. O vaxtı yalnız qadın toylarına gedirdim. Müğənni Təhmuraz Şirinovdan borc pul aldım. Sonra onunla kişi toylarına da getməyə başladım. İşlədim. borcumu qaytardım".\azxeber.com