"Mən özümü gözəl hesab etmirəm. Kimsə mənə kompliment edəndə də utanıram".
Sfera.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.
O, sevilməkdən qorxduğunu, ətrafında az adam istədiyini bildirib.
"Qəribə xüsusiyyətlərim var. Ətrafımda da çox insan istəmirəm. Dostluğu az adamla edirəm. Dostlarımla da gec-gec görüşüb söhbətləşirəm. Məni sənətimlə bağlı ruhdan salmaq istəyənlər də az deyil. Amma yeni mahnılar üzərində çalışıram. Bilmirəm hələ albom kimi çıxaracam, yoxsa single olaraq tək-tək, amma çox gözəl mahnılar hazırlayıram. Üstümə gəldikcə, məni ruhdan salmaq istədikcə, əslində mənə güc verir bəziləri. İnsanlardan uzaqlaşdıqca özümə və işimə daha çox vaxt ayırıram" - Nura Suri qeyd edib.
Firuzə Əliyeva
Sfera.az