İran xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Vladimir Zelenskini sərt tənqid edib. 




Sfera.az xəbər verir ki, sosial media hesabından açıqlama verən Əraqçi bildirib ki, dünya bu çaşqın klounlardan bezib:


 


"Xarici dəstəkli və pullu əsgərlərlə dolu ordunuzun əksinə, biz iranlılar özümüzü müdafiə etməyi bilirik və xaricdən kömək istəməyə ehtiyacımız yoxdur”.




Əraqçi həmçinin Zelenskini korrupsiyada ittiham edib: 




“O, generallarının cibini doldurmaq və BMT Nizamnaməsini pozan qanunsuz təcavüzlə mübarizə aparmaq üçün Amerika və Avropa vergi ödəyicilərini istismar edir. Eyni zamanda, utanmadan ABŞ-nin qanunsuz təcavüzünü İrana qarşı müdafiə edir”.




İran naziri vurğulayıb ki, ölkəsi müstəqil müdafiə qabiliyyətinə malikdir və kənar dəstəyə ehtiyac yoxdur.




Bəsti Rəfizadə

Sfera.az