Türkiyənin məşhur sənətçisi Yıldız Tilbe Qəzzada həyata keçirilən humanitar layihəyə dəstək verib. 


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, Qüds Könüllüləri Dərnəyi tərəfindən icra olunan çadır şəhərciyi layihəsinə töhfə göstərən Tilbe, Fələstinli ailələrin mənzil və əsas ehtiyaclarının qarşılanması məqsədilə 300 min dollar ianə edib.




Verilən məlumata görə, bu vəsait hesabına Qəzzada iki tam təchiz olunmuş çadır şəhərciyinin yaradılması planlaşdırılır.


 


Humanitar fəaliyyətləri ilə tez-tez gündəmə gələn Yıldız Tilbe, bölgədə ağır şəraitdə yaşayan insanlara dəstək olmağı davam etdirir. Bildirilir ki, sənətçi fələstinlilərin gündəlik qida ehtiyaclarına töhfə vermək üçün Qəzzanın xeyrinə xeyriyyə konserti də təşkil edəcək.


 


Qeyd edək ki, Yıldız Tilbe ötən il Ramazan ayında Qəzzada 4 min nəfər üçün iftar yeməkləri təmin etmişdi.


 


Fidan Hacızadə

Sfera.az