Goranboyda qadın dəm qazından zəhərlənib.


 


Sfera.az-ın məlumatına görə, hadisə rayonun Balakürd kəndində baş verib. Kənd sakini 1989-cu il təvəllüdlü E.Məmmədova huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.


 


Müayinə zamanı qadına zəhərlənmə diaqnozu təyin edilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 37 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.


 


Faktla bağlı araşdırma aparılır.