ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn 11 fevralda Vaşinqtonda 34 ölkədən, o cümlədən Böyük Britaniya və Fransadan olan həmkarlarını görüşməyə dəvət edib.


 


Sfera.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, görüşdə narkotik kartelləri və digər cinayətkar qruplarla mübarizə müzakirə olunacaq. ABŞ Müdafiə Nazirliyi bildirir ki, toplantının məqsədi ortaq təhlükəsizlik prioritetlərini müəyyənləşdirmək və regional sabitliyi gücləndirməkdir. İştirakçılar cinayətkar və terrorçu təşkilatlara, həmçinin xarici aktorlara qarşı əməkdaşlığın əhəmiyyətini müzakirə edəcəklər.


 


Görüş Latın Amerikası üçün xüsusilə önəmlidir və ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun tutulması əməliyyatından bir ay sonra keçirilir. Pentaqon dəvət olunmuş ölkələrin siyahısını açıqlamayıb, lakin Qərb yarımkürəsi ölkələri ilə yanaşı, Böyük Britaniya və Fransanın da iştirak edəcəyi bildirilir.


 


Niyaz Hacıyev


Sfera.az