Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.


 


Sfera.az report-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Əbiyev Fəzail Fariz oğlu yaşadığı İmamqulukənd kəndində yerləşən fərdi yaşayış evində hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.


 


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.