Həftə ərzində istirahət etmədən işləmək fiziki və psixi sağlamlığa mənfi təsir göstərir.
Sfera.az xəbər verir ki, uzun iş saatları və fasiləsiz iş yalnız yorgunluq yaratmır, həm də ciddi sağlamlıq problemlərinə yol aça bilər. Ardıcıl iş günləri stress hormonlarının səviyyəsini artırır, yuxu keyfiyyətini pozur və immun sistemini zəiflədir.
Eyni zamanda, ürək-damar xəstəlikləri riski, bel və boyun ağrıları, əzələ yorğunluğu artır. Psixi sağlamlıq baxımından da fasiləsiz iş depressiya, narahatlıq və zehni yorğunluğa səbəb olur. Həftə ərzində istirahət günləri və kifayət qədər yuxu bədənin bərpası və uzunmüddətli sağlamlıq üçün vacibdir.
Qeyd edək ki, hətta iki gün fasilə belə fiziki və zehni sağlamlığı yaxşılaşdıra bilər, buna görə iş və istirahət arasında balans saxlamaq həyati əhəmiyyət daşıyır.
Niyaz Hacıyev
Sfera.az